Gəncədə maşın yolu keçmək istəyən yaşlı kişini vurub
Gəncədə yolu keçmək istəyən yaşlı kişini maşın vurub. Hadisə şəhərin Heydər Əliyev Prospektində, Cümə Məscidinin yaxınlıqında qeydə alınıb. Belə ki, şəhər sakini 52 yaşlı Firdovsi Yadigarov idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə 76 yaşlı Tapdıq Vəliyevi vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.
Qeyd edək ki, yaralı Tapdıq Vəliyevin tüfeyli həyat tərzi keçirdiyi bildirilir. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq avtoekspertizadan sonra bəlli olacaq.
OXŞAR XƏBƏRLƏR
14:40
1604
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1542
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2156
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1261
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2075
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2177