Balakəndə 4 otaqlı ev yanıb
Balakəndə fərdi yaşayış evi yanıb. APA TV-nin məlumatına görə, yanğın rayonun Qazma kəndində, Qüdrət Şəhmir oğlu Ukalayevə məxsus, ümumi sahəsi 125 kv/m olan 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində Qüdrət Ukalayevə məxsus evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı ev sahiblərindən və yanğınsöndürənlərdən xəsarət alan olmayıb.
İlkin ehtimallara görə yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olub. Faktla bağlı FHN-nin Balakən rayon DYMH-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1604
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1542
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2156
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1261
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2075
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2177