Masallıda fərdi evdə güclü yanğın olub
Masallıda günclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Sərçuvar kənd sakini, 49 yaşlı Əmirağa Səmədova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri sayəsində güclü alov dalğasının əhatə dairəsinin genişlənməsinin və yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, umumi sahəsi 220 kvadratmetr olan evin ikinci mərtəbəsindəki otaqlar və dəhliz içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. İlkin versiya kimi yanğının elektrik xətlərində yaranmış nasazlıqdan törəndiyi bildirilir.
Hadisənin dəqiq başvermə səbəbləri isə aparılan ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb