Türkiyə Jandarma Qüvvələri baş komandanının Azərbaycana səfəri başlayıb
Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Abdullah Atayın Azərbaycana səfəri başlayıb. APA TV-nin xəbərinə görə, nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Şəhidlər Xiyabanına gedən qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olan soydaşlarımızın xatirəsini yad edib, Əbədi Məşəl Kompleksi önünə önünə əklil qoyub.
1993-cü ildə ermənilər tərəfindən Ağdərə rayonunun Aterk kəndində yandırılaraq şəhid edilmiş Daxili Qoşunların əsgərlərinin məzarını ziyarət edən ordu generalına bu barədə geniş məlumat verilib.
Türk Şəhidliyini ziyarət edən ordu generalı şərəf dəftərini imzalayıb. Noyabrın 14-dək davam edəcək səfər çərçivəsində Abdullah Atay daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevlə görüşəcək. Nümayəndə heyəti həmçinin Daxili Qoşunların hərbi hissəsində olacaq.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb