Bakıda liftdə qalan bir ailənin 3 üzvü xilas edilib
Ötən gecə Bakıda bir ailədən üç nəfər liftdə qalıb. APA TV-nin məlumatına görə, hadisə Məhəmməd Hadi küçəsindəki 113 saylı binada baş verib. Vidadi Əlişov, qızı Hicran və nəvəsi Nihad Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mərtəbələrin arasında qalan liftdən çıxarılıblar.
Vidadi Əlişovun sözlərinə görə, yaşadıqları 6-cı mərtəbəyə qalxmaq üçün liftə miniblər. Lakin yarı yolda lift dayanıb, hər üç nəfər həyəcan keçirib.
Liftdən çıxarılan ailəyə təcili tibbi yardım əməkdaşları tibbi yardım göstəriblər. Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları da gəliblər. Baş vermiş hadisə əlaqədar araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1605
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1543
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2157
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1262
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2075
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2177