Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası keçirilib
Rusiya paytaxtında MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 67-ci iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, beynəlxalq tədbirə Azərbaycan nümayəndə heyəti müdafiə naziri general polkovnik Zakir Həsənovun rəhbərliyi altında qatılıb.
İclasda nazirlər builki birgə fəaliyyətin hesabatını veriblər, 2015-ci ildə müştərək planlarla bağlı müzakirələr aparıblar. Əsas mövzu kimi 2015-ci ildə faşizm üzərində qələbənin 70 illiyinin qeyd edilməsi ətrafında fikir mübadiləsi aparılıb.
2020-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsi də müdafiə nazirlərinin müzakirə mövzusu olub. Görüşdə informasiya mübadiləsi, birgə təlimlər, radiasiya, kimyəvi və bioloji durumun qiymətləndirilməsi ilə bağlı metodik rəylər mövzusuna da toxunulub.
Sonda MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclasının yekununa dair birgə bəyannamə imzalanıb.
Qeyd edək ki, Ukrayna toplantıda iştirak etməyib.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ