Bakıda silahlı basqına hazırlaşan təhlükəli dəstə zərərsizləşdirildi - YENİLƏNİB
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları quldurluq cinayəti törətməyə hazırlaşan 5 nəfərdən ibarət dəstəni zərərsizləşdirib. APA TV xəbər verir ki, bir qrup şəxsin Xətai rayonu ərazisində vətəndaşlardan birinin evinə quldur basqını edəcəyi barədə idarəyə məlumat daxil olub. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində dəstənin üzvləri - əvvəllər də ağır cinayətlər törətdiklərinə görə dəflərlə məhkum olunmuşlar – 37 yaşlı Natiq Yusifov, 33 yaşlı Cəllad İsmayılov, 28 yaşlı Rahib Hüseynov, 47 yaşlı Elşən Rəhimov və 23 yaşlı Nahid Allahverdiyev saxlanılıblar.
Onlardan 1 ədəd pnevmatik qaz tapançası, 1 ədəd beşbarmaq, 5 ədəd bıçaq, idman papağından hazırlanmış maskalar, əlcəklər, yapışqan lent və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, cinayətin planını dəstənin fəalı Elşən Rəhimov hazırlayıb. O, tanışı Natiq Yusifova tapşırıb ki, quldurluq etmək üçün gözəgəlimli evlər tapsın. Natiq Yusifov bir neçə gün müşahidələr apardıqdan sonra Elşən Rəhimovu Neapol küçəsində yerləşən evlərdən birinin yaxınlığına gətirərək ünvanı göstərib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb