Rövnəq Abdullayev Yunanıstanın baş naziri ilə DESFA-nın səhmlərinin alınmasını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yunanıstana səfər edib. ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, noyabrın 10-da baş tutan səfər çərçivəsində R. Abdullayev Yunanıstanın baş naziri Antonis Samarasla görüşüb.
Görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüb.
OXŞAR XƏBƏRLƏR
14:40
1605
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1543
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2157
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1262
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2075
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2177