Pakistanda dəhşətli qəzada 56 nəfər ölüb
Pakistanda avtobusla yük maşınının toqquşması nəticəsində 56 nəfər ölüb. APA-nın “France Presse” agentliyinə istinadən xəbərinə görə, hadisə bu gün səhər Hayrpur şəhəri yaxınlığında baş verib.
Yük maşını ilə toqquşan avtobus yanıb. İlkin məlumata görə, Svat dairəsindən Kəraçi şəhərinə gedən avtobusda 80 sərnişin olub. Yerli polisin rəisi Nasir Aftab deyib ki, qəzaya sürücünün yuxulaması nəticəsində avtobusun qarşı hərəkət zolağına çıxması səbəb olub. Həlak olanlar arasında 18 uşaq və 17 qadın da var.
Pakistan prezidenti Məmnun Hüseyn hadisə ilə bağlı başsağlığı verib.
OXŞAR XƏBƏRLƏR
14:40
1612
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1550
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2164
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1263
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2076
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2178