Bakıda qadın sürücünün idarə etdiyi avtomobil aşıb
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtomobilini yüksək sürətlə idarə edən xanım sürücü yol qəzası törədib. Hadisə Koroğlu Rəhimov küçəsi ilə Xətai prospektinin kəsişməsində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Çanqan" markalı avtomobilin xanım sürücüsü döngədə idarəetməni itirib. Sürücü əyləcdən istifadə etsə də, avtomobili saxlaya bilməyib. Nəticədə avtomobil yol kənarınadakı səkiyə çırpılaraq aşıb. Çevrilmiş vəziyyətdə olan avtomobildən xanım sürücünü hadisə şahidləri çıxarıblar. Sükan arxasında olan xanım yüngül xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb