Sabunçuda yük maşını ilə qəza törədən sürücü hadisə yerindən qaçıb
Bakının Sabunçu rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Zabrat-Maştağa yolunda qeydə alınıb. "Qazel" markalı yük maşını 19 yaşlı Emin Muxtarova məxsus "VAZ 21015"lə toqquşub. Qəza zamanı sürücü Emin Muxtarov və sərnişini Fərid Babayev yaralanıblar. Yük maşınının sürücüsü və sərnişini isə hadisə yerini tərk edib. Yaralılar təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırıbılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilib və vəziyyətləri ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1612
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1550
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2164
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1263
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2076
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2178