Sabirabad sakinindən qanunsuz ovlanmış 655 qaşqaldaq götürülüb
Sabirabad sakinindən qanunsuz ovlanmış 655 ədəd qaşqaldaq müsadirə edilib. Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, rayonun Qasımbəyli kənd sakini, 1963-cü il təvəllüdlü Novruzov Nəvahi Əlibala oğlunun idarə etdiyi “QAZel” markalı avtomobilə baxış keçirilib. Sürücü quşları Sarısu gölündə ovla məşğul olan ovçulardan bir ədədini 2 manat 50 qəpiyə aldığını bildirib. O, quşları Masallıda satmaq istədiyini bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspert qismində polis şöbəsinə dəvət olunmuş əməkdaşı qanunsuz ovlanmış çöl quşlarının ümumi dəyərinin 3602 manat olduğunu bildirib, ovlanmış quşların ov kvotasını yüz dəfələrlə keçdiyi haqqında akt tərtib edilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1612
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1550
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2164
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1263
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2076
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2178