Mingəçevirdə ağır qəza: 29 yaşlı oğlan öldü
Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhər sakini, 1985-cı il təvəllüdlü Əkbərov Zaur Nadir oğlu idarə etdiyi 90-BA-980 dövlət nömrəli nişanlı “Mercedes” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq 2 ağaca çırpılıb. Zərbənin gücündən maşın əzilərək ağaca bitişik vəziyyətdə qalıb. Ağır bədən xəsarətləri alan sürücü dərhal ətrafdakı sakinlərin köməyi ilə maşından çıxarılıb. Təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılan Zaur Əkbərovun həyatını xilas etmək mümkün olmayıb.
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Bəlyər Bəşirli bildirib ki, qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ