Qadın sürücünün idarə etdiyi avtomobil Masazır gölünə düşüb
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, avtomobil Mazasır gölünə düşüb. APA TV-nin məlumatına görə, hadisə Masazır-Novxanı yolunda qeydə alınıb. Mazasır qəsəbəsi istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əks hərəkət zolağına çıxıb. 39 yaşlı Rüxsarə Ələsgərovanın idarə etdiyi "Hyundai" əvvəlcə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes"ə çırpılıb, daha sonra isə çəpəri sındıraraq "Duzlu göl" kimi tanınan Masazır gölünə düşüb, sürücü isə xəsarət alıb. Xoşbəxtlikdən maşın göldə batmayıb və hadisə şahidləri yaralı qadın sürücünü avtomobildən çıxara biliblər.
Hadisə yerinə kran gətirilib və qəzadan təxminən 2 saat sonra avtomobil göldən çıxarılıb.
Faktı Abşeron Rayon Polis İdarəsi araşdırır. İlkin məlumata görə, qəzaya "Hyundai"nin yüksək sürətlə hərəkət etməsi və idarəetmənin itirilməsi səbəb olub.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb