Donetsk bombalandı, şəhər işıqsız qaldı!
Ukraynanın şərqində gedən döyüşlər yenidən şiddətlənib. Donetsk şəhəri gecə saatlarından başlayaraq, artilleriya atəşinə məruz qalıb. APA TV-nin Ukrayna saytlarına istinadən verdiyi məlumatında şəhərin demək olar ki, hər yerinə mərmilərin düşdüyü qeyd olunur. Bu xəbərləri Donetsk Şəhər Soveti də təsdiqləyib. Artilleriya atəşi nəticəsində Donetskin elektrik enerjisi təçhizatı sistemi məhv edilib. Şəhərdə 33 transformator stansiyası dağıdılıb. Qəza briqadalarının hadisə yerlərinə gəldiyi bildirilsə də, onların fakt qarşısında aciz qaldığı vurğulanır. Ukraynanın rəsmi saytlarında separatçıların şəhəri ağır artilleriyadan atəşə tutacağı ehtimalı da vurğulanır.
Bu arada üç gün əvvəl Donetskdə məktəbə düşən mərminin partlaması nəticəsində ölən şagirdlərin dəfn mərasimi keçirilib. Rəsmi Kiyevin mərminin separatçıların nəzarət etdiyi ərazilərdən atıldığını sübut edən fotokadrlar yaymasına baxmayaraq, ölən məktəblilərin ailələri hadisənin baş verməsində hökuməti qınayıblar.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ