Bakıda yeni tuneldə zəncirvarı qəza: 4 maşın toqquşdu
Bakının Binəqədi rayonunda yeni inşa olunan tuneldə zəncirvarı qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində, "Xutor" qəsəbəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı Nurəddin Qocayevin idarə etdiyi "Hovo" markalı yük maşını ilə "Mercedes" toqquşub. Zərbənin gücündən yük maşını "Chevrolet"ə daha sonra isə "Daewoo"ya çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, maşınlar əzililib. Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma zamanı məlum olub ki, qəzaya yük maşınının tunelə sürətlə daxil olması səbəb olub. Qəzadan sonra tuneldə tıxac yaranıb. Avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi rayon Şöbəsinin əməkdaşları araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ