Oğuz rayonunda ağır qəza: 22 yaşlı oğlan öldü
Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 102-ci kilometrliyində Oğuzun Bucaq kəndi ərazisindən keçən hissəsində olub. Sumqayıt şəhər sakini, 22 yaşlı Ziyəddin Məhərrəmov idarə etdiyi "Volkswagen"markalı minik avtomobili ilə Oğuz rayonu, Muxas kənd sakini, 26 yaşlı Hümbət Musayevin idarə etdiyi “ZİL 131” markalı yük maşını ilə toqquşub. Nəticədə Ziyəddin Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Həmin avtomobildə olan sərnişin - 26 yaşlı Könül Kərimova və yük maşınının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb