Goranboyda partlayış olub, 22 yaşlı oğlan ölümcül yaralanıb
Goranboyda qaz sızması nəticəsində baş verən partlayışda gənc oğlan ağır xəsarətlər alıb. APA TV-nin xəbərinə görə, hadisə noyabrın 7-nə keçən gecə Goranboyun Dəliməmmədli şəhərində baş verib. Fərdi həyət evinin otaqlarından birində qızdırıcı sobanın nasazlığı nəticəsində evə qaz sızıb və partlayış olub. Otaqda olan 22 yaşlı Mehman Hüseynov ağır xəsarət alıb. O, 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti çox ağır olduğundan, bir neçə saatdan sonra Bakı şəhərinə göndərilib. Bildirilir ki, 22 yaşlı oğlanın həyatı üçün təhlükə hələlik aradan qalxmayıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1617
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1553
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2168
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1263
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2076
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2178