Bakıda əks yola çıxan "Lifan" "Mercedes"lə toqquşdu
Ötən gecə Bakının Nərimanov rayonunda agır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.
Prospektdəki körpüdə hərəkət istiqamətlərindən birində təmir işləri getdiyi üçün avtomobillər yalnız metronun "Koroglu" stansiyası istiqamətində hərəkət ediblər. "Mercedes" markalı avtomobil həmin istiqamətdə hərəkətdə olarkən taksi kimi fəaliyyət göstərən "Lifan" markalı avtomobil əks yola çıxıb və maşınlar toqquşub.
Qəza nəticəsində "Lifan"ın sürücüsü 47 yaşlı Nizami İbrahimov və avtomobildə olan sərnişinlər - 39 yaşlı Rüfət Qədirov, 32 yaşlı Ramin Əliyev və 28 yaşlı daha bir Ramin Əliyev agır bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Faktla baglı Nərimanov Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb