"Qarabağ" - "Dnepr" oyununda bədbəxt hadisə
Ötən axşam "Qarabağ" - "Dnepr" oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda bədbəxt hadisə baş verib. APA TV-nin məlumatına görə, arenanın 24, 25 və 26-cı sektorları üçün nəzərdə tutulan 11-ci qapı azarkeşlərin üstünə aşıb. Buna azarkeşlərin yaratdığı sıxlıq səbəb olub.
Hadisə nəticəsində oyunu canlı izləmək üçün Sumqayıtdan gələn Miriyev Samir Valeh oğlu ağır qapının altında qalıb və xəsarət alıb. Yaralı azarkeş stadionda olan təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, ona qapalı kəllə-beyin travması və bud sümüyünün sınığı diaqnozu qolyulub. Vəziyyəti stabilləşdikdən sonra Samir Miriyevin əməliyyat olunacağı gözlənilir.
APA TV-nin xəbərinə görə, "Qarabağ" futbol klubunun yaralı azarkeşə baş çəkən mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Samir Miriyevin həyatı üçün heç bir təhlükə yoxdur və o, bu gün əməliyyat olunacaq.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb