Bakıda neft estakadasında növbəti qəza: 1 nəfər ölüb, 1 nəfər axtarılır
“Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qazçıxarma İdarəsində bədbəxt hadisə baş verib. Dövlət Neft Şirkətindən APA-ya verilən məlumata görə, bu gün saat 16:00 radələrində idarənin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb.
Qəzanın daha böyük miqyas almaması məqsədi ilə qurumun ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb.
Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüb.
Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib.
Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb