Gəncədə müəllimənin evindən 100 min manat oğurlanıb
Gəncə şəhərində oğurluq hadisəsi baş verib. Kəpəz rayon Polis İdarəsindən APA TV-nın qərb bürosunun verilən məlumata görə, şəhərin “Avtozavod” qəsəbəsində yaşayan, Gəncə Musiqi Kollecinin müəlliməsi, 1978-ci il təvəllüdlü Raminə İsmayılova Kəpəz rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, noyabrın 4-də, günorta saatlarında evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinin pəncərəsini sındıraraq içəriyə daxil olublar. Oğrular evdən 8 min manat dəyərində qızıl zinət əşyaları və 100 min manata kimi pulu oğurlayıblar.
Cinayəti törədən şəxslərin tapılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1617
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1553
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2168
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1263
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2076
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2178