Bakıda hava yağmursuz olacaq
Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya bildirilib ki, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Lənkəran-Astara zonasında isə havanın çiskinli olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 12-16, dağlarda gecə 0-5 şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
14:40
1622
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1558
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2171
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1263
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2076
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2179