Nazir: "Danışıqlar nəticə verməsə, Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur”
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov kursu bitirən məzunlarla görüşüb. Z.Həsənov kursu bitirən növbəti buraxılışın məzunlarını ilk zabit rütbələri almaları münasibətilə təbrik edib. Nazir qeyd edib ki, Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu "Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır" - devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir.
Zakir Həsənov deyib ki, ölkəmiz neçə illərdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmir: "Təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə sülh danışıqları nəticə verməzsə, Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir”.
Nazir bu ilin iyul-avqust aylarında cəbhə xəttində hadisələrin gərginləşdiyini xatırladıb. "İtkilərlə üzləşən düşmən bir daha dərk etdi ki, artıq Azərbaycan real hərbi qüvvəyə malikdir" deyən nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti öz hərbi kollektivinə şəxsi nümunə olmalıdır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb