Gəncədə sürücünün ehtiyatsızlığı qəzaya səbəb olub
Gəncədə zəncirvarı yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. APA TV-nin yerli bürosunun məlumatına görə, şəhər sakini 27 yaşlı Elgün Süleymanov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə şəhərin mərkəzinə doğru hərəkətdə olarkən həmyerlisi 31 yaşlı Bəhman Əliyevin idarə etdiyi digər "VAZ 2106" markalı maşınla toqquşub. Zərbənin güclü olmasından hər iki avtomobil yolun kənarında dayanan Kəlbəcər rayon sakini Kənan İbrahimova məxsus "VAZ 21010" markalı minik maşınına dəyib. Qəza nəticəsində hərəkətdə olan avtomobillərin sürücüləri müxtəlif xəsarətlər alıb. İlkin ehtimala görə, qəzaya sürücülərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb