Suriyanın ən böyük ikinci qaz yatağı İŞİD-in əlinə keçib
Suriyanın ən böyük ikinci qaz yatağı İŞİD terror təşkilatının əlinə keçib. "Əl Cəzirə"nin xəbərinə görə, Homs şəhərindəki Haccar qaz yatağı və onu işlədən Mahr şirkətinin heyətinin ələ keçirilməsi xəbərini İŞİD-ə aid mənbələr yayıb. Məlumata görə, terrorçular bundan başqa Əsəd ordularına məxsus silahlara da sahib olub.
Qeyd edək ki, 3 gün öncə İŞİD Homs bölgəsində El Şair qaz yatağını ələ keçirdiyi barədə xəbər yaymışdı. Terrorçu təşkilat ölkənin ikinci qaz yatağını ələ keçirdikdən sonra artıq bütün bölgəni "Xilafət" torpaqları altına aldığını açıqlayıb. Ümumilikdə bölgədə Əsəd rejiminə məxsus 9 hərbi nöqtəninin ələ keçirildiyini açıqlayan İŞİD yeni bölgələri ələ keçirmək niyyətində olduğunu bəyan edib.
APA TV-nin xəbərinə görə, terrorçular Dəməşq yaxınlığında bir neçə məntəqəyə toplarla hücum edib. Bölgədə döyüşlər davam edir. Əsəd qüvvələri hərbi təyyarələrlə terrorçuların dayaqlarını vurub.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb