Bakıda sürücü yanan maşınını yolda qoyub qaçdı
Gecə saatlarında paytaxda avtomobil yanıb. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonunun Babək prospektində qeydə alınıb. Prospektlə hərəkətdə olan "Daewoo" markalı avtomobil qəflətən yanmağa başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü avtomobili yol kənarında saxlayaraq ərazidən uzaqlaşıb. Dərhal hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını tez bir zamanda ala biliblər. Avtomobilə baxış keçirərkən nəqliyyat vasitəsində heç kəs olmayıb. İlkin ehtimallara görə, yanğına avtomobilin elektirik naqillərində yaranan qısa qapanma səbəb olub. Yanğının qarşısı alındıqdan sonra maşın evakuator vasitəsi ilə ərazidən götürülüb. Nizami Rayon Yol Patrul Xidmətinin əməkdaşları avtomobilin sürücüsünün şəxsiyyətini və onun nə səbəbdən ərazini tərk etməsini araşdırır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb