Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Noyabr
GÜNÜN ŞƏRHİ
Uzun illərdir davam edən kütləvi köç prosesi ölkənin təkcə iqtisadiyyatını iflic vəziyyətinə salmayıb, həmçinin Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoyub. İldə 150 minədək insan ölkəni faktiki olaraq birdəfəlik, geri dönməmək şərtilə tərk edir. Rəsmi statistikaya görə 3 milyon əhalisi olan Ermənistanın faktiki əhalisi 1 milyona çatmır. Proses bu templə davam etsə, yaxın illər ərzində Ermənistanda faktiki işçi qüvvəsi qalmayacaq. Miqrasiya prosesinin qarşısını heç cür ala bilməyən Ermənistan hökuməti isə bu məsələdən öz maraqlarını təmin etmək üçün istifadə edir. Narazı sosial təbəqənin ölkəni tərk etməsi rəsmi İrəvanın siyasi maraqlarına cavab verir. Maraqlı məqam odur ki, Ermənistandan kütləvi köçün miqyası genişləndikcə bu ölkəyə diaspora tərəfindən göstərilən yardımın miqdarı da azalır. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi uzandıqca Ermənistan bu konfliktin acısını daha çox hiss etməyə başlayıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb