Goranboyda 7 nəfəri qətlə yetirən şəxsin qardaşı intihar edib, atası infarktdan ölüb
Bir ay əvvəl Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsin ailəsində faciə baş verib. Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 7 nəfəri qətlə yetirən Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq intihar edib. Bu mənzərəni görən A.Hüseynovun atası Müzəffər Hüseynov infarkt keçirərək vəfat edib.
Məlum hadisə bu il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində qeydə alınıb. Rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.
R.Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ