Güclü külək və yağış cənub rayonlarında fəsadlar törədib
Ötən gecədən başlayan güclü külək və yağış ölkənin cənub rayonlarında bir sıra fəsadlar törədib. APA TV-nin cənub bürosunun məlumatına görə, təbii fəlakət əsasən bölgənin enerji təsərrüfatına ciddi ziyan vurub. Ayrı-ayrı ərazilərdə aşan irigövdəli ağaclar bəzi yaşayış evlərinin dam örtüklərini dağıdıb, onlarla elektrik dirəyini aşırıb, naqilləri qırıb. Nəticədə bölgənin yüzlərlə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində problemlər yaranıb.
Ötən gecə həmçinin Lerik və Yardımlı rayonlarına da qar yağıb. Lerikə yağan qarın hündürlüyü 30-35, Yardımlıda isə 15-20 santimetr təşkil edir.
Rayonların müvafiq idarə və təşkilatları hazırda dəymiş ziyanın nəticələrinin aradan qaldırılması işinə səfərbər olunumaqla enerji verilişinin bərpa edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görürlər.
Bölgədə yağıntılı hava şəraiti isə davam etməkdədir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb