Azərbaycanda bəzi yerlərdə şaxta olacaq
Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.
OXŞAR XƏBƏRLƏR
17:46
610
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
494
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
866
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
645
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1566
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1696