Göyçay sakininin evi yandı
Göyçay rayonunda fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçayın Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakini, 44 yaşlı Asif Əzizova məxsus ümumi sahəsi 150 kvadratmetr olan bir mərtəbəli evdə axşam saatlarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvə cəlb edilib.
Hadisə zamanı 3 otaqlı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1692
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1628
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2242
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1267
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2079
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2181