Ermənistandan kütləvi köç davam edir, daha 114966 nəfər ölkəni tərk edib
Bu ilin ilk 9 ayı ərzində Ermənistanı 114966 nəfər tərk edib. APA TV-nin məlumatına görə, bu rəqəm ölkədən gedənlərlə qayıdanlar arasında fərqi göstərir. Bu il Ermənistan sərhədlərindən xaricə 1 milyon 225 min 545 nəfər gedib, Ermənistana qayıdanların sayı isə 1 milyon 110 min 579 nəfərdir. Ermənilərin özünə təsəlli verəcəyi tək məqam ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə ölkəni tərk edənlərin sayının cüzi azalmasıdır. 2013-cü ilin ilk doqquz ayında Ermənistandan 122 min 191 nəfər köçüb. Yerli ekspertlər qış fəslinin gəlməsi ilə əlaqədar ölkədən gedənlərin sayının daha da artacağını proqnozlaşdırırlar.
OXŞAR XƏBƏRLƏR
14:40
1692
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1628
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2242
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1267
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2079
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2181