Dairəvi yolda qəza: "Mercedes" dəmir arakəsmələrə çırpıldı
Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.
Dairəvi yolla Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil bir neçə ay əvvəl yolda aparılan təmir zamanı quraşdırılmış dəmir arakəsməyə çırpılıb. Zərbənin gücündən maşının salonuna girən dəmir sürücüyə xəsarət yetirib. Onu hadisə şahidləri maşından çıxarıblar və təcili tibbi yardım briqadasına təhvil veriblər.
İlkin ehtimala görə, qəzaya havanın yağışlı olması və sürücünün arakəsməni görməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1693
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1629
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2243
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1267
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2079
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2181