Hökməlidə silahlı insident, bir nəfər qətlə yetirilib
Abşeron rayonunda ölüm faktı qeydə alınıb. Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 1-ə keçən gecə Abşeron rayonunun Hökməli kəndində qeydə alınıb. Rayon sakini Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib və yaralını idarə etdiyi “VAZ-2121” markalı avtomobildə Klinik Tibbi Mərkəzə aparıb.
Həmin şəxs aldığı xəsarətdən orada dünyasını dəyişib. F. Şükürov könüllü olaraq Abşeron Rayon Polis Şöbəsinə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Etro” markalı ov tüfəngini təhvil verib. Hadisənin motivi barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1692
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1628
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2242
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1267
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2079
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2181