BMT açıqladı: İŞİD və digər terrorçu qruplaşmaların 15 min üzvü var
BMT Təhlükəsizlik Şurası İŞİD və digər radikal terror təşkilatlarının tərkibində döyüşən silahlıların sayını açıqlayıb. APA TV-nin məlumatına görə, Suriya və İraqda dünyanın 80 ölkəsindən 15 min nəfərin qeyri-qanuni birləşmələrin tərkibində döyüşdüyü bildirilir. Ekstremist qruplaşmalara qoşulan əcnəbilər arasında “Əl-Qaida” ilə heç zaman problemi olmayan Çili, Norveç və Maldiv Respublikasının da vətəndaşları var. Böyük Britaniya, Fransa və Rusiyadan olan terrorçular isə konkret qruplaşmanın tərkibində döyüşürlər.
BMT-nin hesabatında göstərilir ki, "Əl-Qaida" terror təşkilatının fəaliyyətinin zəifləməsi İŞİD kimi daha güclü terror təşkilatlarının yaranmasına yol açıb. Hesabat müəlliflərinin fikrincə, bu qruplaşma üçün başqa ölkələrdə terror aktları törətmək prioritet deyil. Lakin İraq və Suriyadakı döyüşlərdə iştirak edən təşkilat üzvləri öz ölkələrinə qayıdarsa, bir çox ölkələr bu kimi terror hadisələri ilə üzləşə bilərlər.
Son məlumatlara görə, terrorçuların əsas gəlir mənbəyi neft gəlirləridir. Suriya və İraqda qanunsuz neft satışından gündə 1 milyon dollar qazanan İŞİD və digər terrorçu qruplaşmalar İraq və Suriyada 5-6 milyon insanın yaşadığı ərazilərə tam nəzarət edirlər.

OXŞAR XƏBƏRLƏR
14:40
1701
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1636
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2252
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1272
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2082
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2183