Polisin “dur” əmrinə tabe olmadı, zəncirvari qəza törətdi
Gecə saatlarında Yasamalda zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, Qədirli və Salatın Əsgərova küçələrinin kəsişməsində Orxan Quliyevin idarə etdiyi “Volkswagen” markalı avtomobil döngəyə daxil olan zaman əvvəlcə dayanıqlı vəziyyətdə olan Aytəkin Sarxanovaya məxsus “Kia”ya, daha sonra isə Emin Quliyeva məxsus “Mersedes”ə çırpılıb.
Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, “Volkswagen” markalı avtomobilin sürücüsü polisin "Dur" əmrinə tabe olmayıb. Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
580
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
476
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
847
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
644
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1566
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1696