Heydər Əliyev prospektində zəncirvari qəza! Yolda uzun tıxac yarandı
Bakının Xətai rayonunda zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Heydər Əliyev prospektində, tuneldə qeydə alınıb. Qəza zamanı "VAZ 2107", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub. Zərcirvari qəza yolda tıxaca səbəb olub. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma zamanı məlum olub ki, qəzaya maşınların tunelə sürətlə daxil olması və lazımi ara məsafəsi saxlamaması səbəb olub. Hər üç avtomobil evakuator vasitəsi ilə hadisə yerindən aparılıb. Yolda nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1701
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1636
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2252
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1272
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2082
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2183