Narkotiklə tutulan şəxs: "Tanımadığım adamdan aldım"
Abşeron RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 46 yaşlı Rövşən Qurbanovu yaxalayıb. Bir ay əvvəl azadlığa çıxan Rövşən Qurbanov özünü şübhəli apardığı ücün polis əməkdaşları tərəfindən saxlanılıb. Narkotik vasitənin təsirindən ifadə verməkdə çətinlik çəkən Qurbanovun üzərindən yarım kq-a yaxın qurudulmuş marixuna aşkarlanıb: "Nəşədir də, çəkənəm. Tanımadığım adamdan aldım. Məscidin yanında dayanmışdı, yaxınlaşan kimi soruşdu ki, nəşə lazımdır?"
APA TV-nin xəbərinə görə, Rövşən Qurbanov əvvəllər 3 dəfə məhkumluq həyatı yaşayıb: "Çox əsəbiyəm, atanda, çəkəndə sakitləşirəm".
Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1701
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1636
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2252
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1272
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2082
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2183