Erməniləri Dağlıq Qarabağda məskunlaşdırmaq üçün lotereya buraxılıb
Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisində qanunsuz məskunlaşma siyasətini davam etdirir. APA TV-nin məlumatına görə, rəsmi İrəvan Dağlıq Qarabağdakı separatçı rejiminin yeni dırnaqarası kreativ ideyasını dəstəkləyərək “Artsax loto” adlı uduşlu lotereya buraxıb. Lotereya satışından əldə olunan vəsait ermənilərin Dağlıq Qarabağda məskunlaşdırılmasına sərf olunacaq. Bundan başqa lotereya erməniləri Dağlıq Qarabağa köçürmək üçün stimullaşdırıcı xarakter daşıyır. Lakin rəsmi İrəvanın bu addımı Ermənistan sakinləri tərəfindən narazılıqla qarşılanıb. Narazılığa səbəb qiyməti 5 dollar olan lotereyanın məktəblərdə məcburi qaydada satdırılmasıdır. Paytaxt məktəblərinin müəllimlərindən biri “Hrapark” qəzetinə bildirib ki, rəhbərlik müəllimlər qarşısında konkret tələb qoyub, lotereya nə yolla olursa-olsun satılmalıdır. SİTAT: "Bu biabırçılıqdır. Müəllim lotereyanın ala bilməz, amma hansısa yolla satmalıdır. Valideyn və ya şagirdi lotereyanı almağa necə məcbur etmək olar". Müəllimə lotereyanın uşaq bağçalarında da eyni üsulla satdırıldığını bildirib.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ