Ukrayna ilə Rusiya qaz nəqlinin şərtlərini razılaşdırdı
Ukrayna əvvəlcədən ödəmək şərti ilə Rusiyadan 4 milyard dollar kubmetr qaz almağa hazırdır. APA TV-nin xəbərinə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib. "Ukrayna noyabr-dekabr aylarında 4 milyard kubmetr qaz almaq üçün ödəmə vasitələrinin olduğunu təsdiq edib",- deyə Novak bildirib. Rusiyalı nazir qeyd edib ki, tərəflər qış mövsümündə Ukraynaya qaz nəqlinin texniki məqamlarının yer alacağı sənədlərin, habelə “Qazprom”la “Naftoqaz” arasında mövcud sazişə əlavə müqavilənin hazırlanması haqda razılıq əldə ediblər.
Onun sözlərinə görə, Avropa Komissiyası ilə birgə bu məsələ Ukraynanın Milli Bankı, və beynəlxalq maliyyə təşkilatları ilə birgə işlənilib.
Hökumətin iclası zamanı Ukrayna baş naziri Arseniy Yasenyuk Rusiya qazı üçün ədalətli qiymətin qoyulmasında Avropa Komissiyasının təminatçı kimi çıxış edəcəyini bildirib. Belə olan halda yanacağın qiyməti neftin hazırkı qiyməti nəzərə alınmaqla təyin ediləcək. "2014-cü ilin sonuncu rübündə qiymət min kubmetr üçün 378 dollar, 2015-ci ilin birinci rübündə isə 365 dollar şəklində müəyyən ediləcək",- deyə ukraynalı baş nazir əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb