Hava dumanlı və çiskinli olacaq
Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 31-də gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb