Gəncədə gənc oğlan tələbə yoldaşını bıçaqlayıb
Gəncə şəhərində gənc tələbə yoldaşını bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb. Şəki rayon sakini, Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi, 17 yaşlı Orxan Qarayev mübahisə etdiyi tələbə yoldaşı, Ağdaş rayon sakini, 18 yaşlı Toğrul Mirzəyevi bıçaqlayıb. Toğtul Mirzəyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tələbənin vəziyyətinin ağır olduğu bildiriblər.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1716
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1651
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2267
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1277
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2086
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2187