Peşmərgə silahlıları Türkiyədən Kobaniyə keçdi
Şimali İraq peşmərgələri və Azad Suriya Ordusu silahlıları Türkiyə üzərindən keçərək Kobaniyə daxil olub. APA TV-nin məlumatına görə, kürdlər İŞİD-i məğlub edənə qədər Suriyada qalacaqlar.
Peşmərgə döyüşçüləri hava yolu ilə Türkiyəyə, oradan isə Suriya-Türkiyə sərhədinə yerləşən Kobani şəhərinə gediblər. Peşmərgənin ikinci qrupu isə səhər saatlarında quru yolu ilə İraq-Türkiyə sərhədindəki Habur sərhəd məntəqəsindən keçərək Türkiyə ərazisinə daxil olub. Hərbi maşın karvanında “Katyuşa”, minaatan və digər ağır silahlar da olub.
Türkiyənin İraqla sərhədinə toplaşan yerli kürdlər piyada və avtomobillərlə yola çıxaraq peşmərgəni qarşılayıblar. Kürdlərin bir çoxunun əlində PYD və Şimali İraq kürd muxtariyyətinin bayraqları olub. Bundan sonra izdihamla polis arasında gərginlik yaşanıb, polis əvvəlcə havaya xəbərdarlıq atəşi açıb, ardınca isə gözyaşardıcı qazla kütləni dağıtmağa çalışıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb