Obama: "Ebolaya qarşı görülən tədbirlər müsbət nəticə verir"
Qərbi Afrikada ölümcül Ebola virusuna qarşı mübarizə davam edir. APA TV-nin məlumatına görə, virusun daha təsirli olduğu Liberiyada epidemiyanın qarşısını almaq istiqamətində görülən işlər artıq müsbət nəticələr verməyə başlayıb. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama bu barədə açıqlama verib.
“Liberiyada virusa qarşı mübarizədə müəyyən irəliləyiş müşahidə olunub. Bu ölkədə lazımi infrastruktur hazırlanıb qurtarmaq üzərədir. Liberiya, Qvineya və Syera Leonedə virusa qarşı mübarizə amerikalıların səyləri nəticəsində mümkün olub” - deyə Obama qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatınn ən son məlumatına görə, virusdan ölənlərin sayı 4 922-ə nəfərə çatıb. Virus əsasən, Liberiya, Qvineya və Syera Leonedə geniş yayılıb.
Virusa qarşı mübarizə məqsədilə hazırlanan vaksinlərdən bəzilərinin insan üzərində sınağına icazə verilib. Təşkilat rəsmiləri bu barədə açıqlama veriblər. İsveçrə tibb alimlərinin sözlərinə görə, vaksinlər hələlik 120 könüllü üzərində sınaqdan keçiriləcək. Sözügedən şəxslər daha sonra Qərbi Afrikada virusa qarşı mübarizəyə qoşulacaqlar.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb