Astarada keçmiş məhkumlardan ibarət dəstə zərərsizləşdirilib
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Astara Rayon Polis Şöbəsinin əməkdaşları Nazirliyin Xüsusi Təyinatlı Polis Qüvvələri cəlb edilməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupun üzvlərini müəyyən edərək zərərsizləşdirib.
APA TV-nin xəbərinə görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin rayonun sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - Rəvan Rüstəmov, İqrar Mirzəyev, Ələddin Məmmədov, Akif Nuriyev, Gülxan Əliyev və Abuzər Əhədovdan ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. APA TV-nin məlumatına görə, onlardan və yaşadıqları evlərdən ümumi çəkisi 2,6 kiloqramdan artıq narkotik vasitə, o cümlədən 1,4 kiloqram tiryək, 703 qram heroin, 474 qramdan çox həşiş qətranı, 100,38 qram amfetaminlər qrupuna daxil olan metilamfetamin, 7 patronu ilə birlikdə 1 "Naqan" tipli tapança, 98 gülləsi ilə birlikdə 1 pnevmatik tapança, elektron tərəzi və 1 maska aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ