Ucarda marixuana satan Mingəçevir sakini tutulub
Ucar rayonunda narkotik satmaq istəyən şəxs tutulub. APA TV-nin yerli bürosunun məlumatına görə, üç övlad atası olan Mingəçevir şəhər sakini Əhməd Abdullayev 2,7 kiloqram narkotik vasitə olan marixuananı Ucar rayonunda satmaq istəyərkən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis Şöbəsindən bildirilib ki, saxlanılan Əhməd Abdullayev sonuncu dəfə 20 il əvvəl narkotik vasitədən istifadə etdiyini, marixuananı isə Ucara gətirərək satmaq niyyətində olduğunu deyib.
Əhməd Abdullayev əməlindən peşman olduğunu bildirib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1716
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1651
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2267
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1277
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2086
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2187