Ağdamda canavar yaşayış evinə hücum edib
Ağdamın Mirəşelli kəndində canavar yaşayış evinə hücum edib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, kənd sakinlərindən biri yolda qarşısına çıxan yırtıcını avtomobillə vurmaq istəyib. Amma vəhşi heyvan yaxınlıqdakı həyətlərdən birinə soxulub. Bu zaman həyətə çıxan ev sahibi canavarın tövləyə girmək istədiyini görüb. Vəhşi heyvanın hücumuna məruz qalan Şükran Əliyev qonşuların köməyi ilə canavarı yaralayaraq tutub. Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, analoji hadisə bir neçə gün əvvəl Cəlilabadda baş verib. Həyətə soxulan canavar bir ailədən dörd nəfəri yaralayıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1721
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1654
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2271
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1277
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2087
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2187