Bakının mərkəzində yanğın həyəcanı
Bu gün səhər saatlarında bakıda yangın hadisəsi baş verib. Hadisə Nəsimi rayonu, Mərdanov qardaşları keçəsindəki 3 mərtəbəli yaşayış binasında qeydə alınıb. APA TV-nin xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Nəsimi və Səbail rayonu üzrə 3 yanğınsöndürən briqadası cəlb olunub.
Yangının baş verməsinə səbəb binanın tavanında yerləşən tüstü bacalarında yaranmış problem olub. Sakinlərin sözlərinə görə, tüstü bacası uzun müddət ərzində təmizlənmədiyindən sakinlər istilik sistemindən istifadə etməyib. Ancaq binanın 3 cü mərtəbəsində kirayə yaşayan əcnəbi şəxs istilik sistemindən istifadə etməsi tüstülənməyə səbəb olub.
Yanğınsöndürənlərin səyi nəticəsində tüstünün yanğına çevrilməsinin qarşısı alınıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1724
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1657
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2274
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1277
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2087
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2187