İŞİD terrorçuları Suriyada 3 qaz quyusunu ələ keçiriblər
İŞİD qruplaşmasının silahlıları ötən gün Suriyanın Homs əyalətində 3 qaz quyusunu ələ keçiriblər. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, silahlılar Şaer rayonunda yerləşən qaz quyularını Suriya ordusu ilə qızğın döyüşlərdən sonra ələ keçirə biliblər.
Bundan əvvəl Suriya ordusunun Şaer rayonunda neft quyusunu nəzarətə aldığı, hökumət qüvvələrinin neft yataqları ilə zəngin olan bütün rayonun azad edilməsi istiqamətində silahlılarla qızğın döyüşlərin apardığı bildirilirdi.
Bu arada ABŞ Suriyada “İŞİD”in nəzarətində olan neft borularını bombardman etmək niyyətində olduğunu elan edib.
OXŞAR XƏBƏRLƏR
17:46
535
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
435
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
816
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
638
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1562
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1692